Şəxsi məlumatlarınızı necə qoruya bilərsiniz? - 3 TÖVSİYƏ
27 yanvar 2023 11:40 (UTC +04:00)

Şəxsi məlumatlarınızı necə qoruya bilərsiniz? - 3 TÖVSİYƏ

Sabah dünyada Şəxsi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur.

Lent.az xəbər verir ki, "Kaspersky" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov istifadəçiləri ayıq-sayıq olmağa və təkcə yanvar ayında deyil, il boyu öz məlumatlarının mühafizəsi barədə diqqətli olmağı unutmamağa çağırır.

İnsan özü haqqında məlumatları yaymaqla sosial mühəndisliyin qurbanına çevrilə bilər. Şəxsi məlumatları qorumaq üçün sizə üç sadə tövsiyə verə bilərik. 

Həmişə məlumatları kimə ötürdüyünüzə, harada saxladığınıza diqqət yetirin. Təcavüzkarın məlumatlarınızı əldə etmək imkanı nə qədər az olarsa, onların bədxah əllərə düşmə ehtimalı bir o qədər az olar. Skan edilmiş sənədləri və ya telefon nömrələrini sosial mediada və ya bulud yaddaşında yerləşdirməyin. Məlumatlarınızı şifrələnmiş şəkildə paylaşın. Şəxsi məlumatların emalı ilə bağlı sənədləri imzalayarkən, operatordan onları niyə topladığını, üçüncü tərəflərə ötürmək və ya şəbəkəyə yükləmək niyyətində olub-olmadığlnı soruşun.

Sosial mediada məxfilik parametrlərinizi dəyişdirin. Bu paylaşımlarınızı kənar baxışlardan gizlətməyə kömək edəcək. İstifadə edilməmiş sosial media hesablarınızı silməkdə fayda var - bu, həm də məlumatların sızması ehtimalını azaldır. Bir çox xidmətlərdən sizin haqqınızda "bildikləri" məlumatları istəyə və onu siməyinizi xahiş edə bilərsiniz.

Hesab şifrələri yaratmaq üçün şəxsi məlumatlardan istifadə etməyin. Onu ələ keçirən təcavüzkarlar hesablarınıza daxil ola bilər. Hər bir hesab üçün güclü və müxtəlif şifrələrdən istifadə edin və ya şifrələrin seçilməsi ilə bağlı qayğılarınızı şifrə menecerinə - kompüter və mobil qurğular üçün həllə həvalə edin ki, vebsaytlarda və proqramlarda login və şifrələri təhlükəsiz saxlamağa və daxil etmək imkanı əldə edəsiniz.

# 3264
avatar

Fidan İlqar

Oxşar yazılar