Poverbank yoxsa telefon? - Yeni “HONOR Win Turbo” təqdim edildi
03 iyun 2026 08:01 (UTC +04:00)

Poverbank yoxsa telefon? - Yeni “HONOR Win Turbo” təqdim edildi

0

HONOR Çində keçirilən tədbirdə yeni “HONOR Win Turbo” smartfonunu təqdim edib.

Lent.az xəbər verir ki, cihazın ən diqqətçəkən xüsusiyyəti nəhəng 10 000 mAh batareyasıdır ki, bu da bir poverbankı xatırladır.

Şirkətin iddiasına görə, telefon bir şarjla 14 saatdan çox fasiləsiz oyun oynamağa imkan verir.

Böyük batareyaya baxmayaraq, smartfonun qalınlığı cəmi 7,98 mm, çəkisi isə təxminən 216 qramdır.

Cihaz 80 Vt sürətli şarjı və digər qurğuları enerji ilə təmin etmək üçün 27 Vt geri şarjı dəstəkləyir.

“HONOR Win Turbo” 6,79 düymlük OLED ekran, “MediaTek Dimensity 8500 Racing Edition” prosessoru, 50 MP əsas kamera və IP68/IP69/IP69K su-toz davamlılığı sertifikatları ilə təchiz olunub.

Telefon ilkin olaraq Çin bazarında satışa çıxacaq. Başlanğıc qiyməti təxminən 487 dollar olaraq açıqlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar