"Google"dan "Tik-Tok" və "Instagram" istifadəçiləri üçün YENİLİK
27 sentyabr 2021 13:51 (UTC +04:00)

"Google"dan "Tik-Tok" və "Instagram" istifadəçiləri üçün YENİLİK

“Google” şirkəti “Tik-Tok” və “Instagram” sosial şəbəkəsi ilə əməkdaşlıq edəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, şirkət həmin sosial şəbəkələrdə paylaşılan videoların axtarış nəticəsində görünməsini təmin edəcək.

“Tik-Tok” və “Instagram” rəsmiləri axtarış nəticəsində “Google”da ancaq “YouTube” videolarının görünməsindən şikayət edirdi. “Google” artıq bu problemi həll etmək üçün həmin sosial şəbəkələrlə əməkdaşlığa başlayıb.

Qeyd edək ki, ötən il problemin həlli üçün “Google” bəzi sınaqları həyata keçirsə də, şirkətlərlə razılığa gələ bilməmişdi.  

# 2460
avatar

Nigar Adil

Oxşar yazılar