Ermənilərin "Google"da ən çox axtardığı BEŞLİK: biri türk serialıdır
12 dekabr 2023 15:33 (UTC +04:00)

Ermənilərin "Google"da ən çox axtardığı BEŞLİK: biri türk serialıdır

"Google" həm qlobal, həm də ölkələr üzrə ilin trend axtarış sorğularını (The Year in Search 2023) dərc edib. Ötən ilin analoji statistikası Çin, Rusiya və bir sıra digər ölkələrlə bağlı dərc olunmayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ildə xəbər sorğularında İsrail və HƏMAS arasındakı müharibə üstünlük təşkil edib.

Bunun ardınca batmış vanna otağı, həmçinin Türkiyə və Suriyada baş verən zəlzələlərlə bağlı sorğular gəlir. "Buffalo Bills NFL" yarımmüdafiəçisi Damar Hamlin bu il "Google"da ən çox axtarılan şəxsdir. Hamlin yanvar ayında meydanda ürək tutması keçirib. Mərhum Metyu Perri və Tina Törner "ölü məşhurlar"ın axtarış tendensiyalarında birinci gəlir.

Film axtarışlarına "Barbi" başçılıq edir, ondan sonra "Oppenheimer" və hind trilleri "Jawan" gəlir. Teleseriallara gəlincə, ən populyarları “Sonuncumuz”, “Çərşənbə” və “Cinni və Corciya” idi.

Koreya yeməyi olan "bibimbapı" ən populyar resepti və İnter Mayami futbol klubu idman komandaları üçün axtarışlarda birinciliyi tutub. İnsanlar yumurtanın, Taylor Sviftin konsert biletlərinin və "sriracha" sousunun niyə bu qədər baha olduğu, eləcə də "rizz" sözünün nə demək olduğu ilə daha çox maraqlanıblar.

Ölkə üzrə xüsusi siyahılar "Google Trends"də mövcuddur, burada siz əvvəlki illərin tendensiyalarını da görə bilərsiniz. "Google 2023"cü il yanvarın 1-dən noyabrın 27-dək toplanmış axtarış sorğuları:

Mövzuya görə 2023-cü ildə Ermənistandan ən populyar beş sorğunun belə olması diqqət çəkir:

1.Qaqik Şamşyan

2.Yalı Çapkını (bu serialdır)

3.Lurs ("xəbər" sözü latın hərfləri ilə axtarılıb)

4.Acarabet Baş İdarəsi

5.2023

# 8472
avatar

Fidan İlqar

Oxşar yazılar