2020-2021-ci illər ərzində ən çox mobil tətbiq yükləyən ölkələr məlum olub.
Lent.az xəbər verir ki, “Sensor Tower”in apardığı araşdırma nəticəsində “Apple Store”də ən çox tətbiq yükləyən ölkə ABŞ, “Play Store”da isə Hindistandır.
“Apple Store”də növbəti sıralamada Çin, Yaponiya, Rusiya, Braziliya, Fransa, Səudiyyə Ərəbistanı, Almaniya, Vyetnam yer alır.
Braziliya, İndoneziya, ABŞ, Rusiya, Türkiyə, Meksika, Vyetnam, Filippin və Misir “Play Store”da ən çox tətbiq yükləyən ölkələr sırasındadır.