Bu “Samsung” saatları 100 saata qədər sarj  saxlayacaq
01 iyun 2024 09:40 (UTC +04:00)

Bu “Samsung” saatları 100 saata qədər sarj saxlayacaq

“Samsung” şirkəti bir sıra yeni qurğular, o cümlədən premium möhkəm smart saatlar təqdim edəcək. 

Lent.az xəbər verir ki, təqdim edilən cihazlar arasında ən çox “Samsung Galaxy Watch X” saatı diqqət çəkir. 

Məlumata görə, ağıllı saat suya davamlı olacaq və hətta suya dalış zamanı istifadə edilə bilər. Bundan əlavə, saat şarj edilmədən daha uzun müddət istifadə oluna biləcək. Onun 100 saata qədər enerji saxlayacağı bildirilir. Ağıllı saatın qiyməti “Apple Watch Ultra” ağıllı saatı ilə rəqabət aparacağı üçün şirkətin əvvəllər buraxılmış saatlarından xeyli yüksək olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Sevinc Fərid

Oxşar yazılar