Bu “iPhone”lar artıq “WhatsApp”dan istifadə edə bilməyəcək
16 sentyabr 2024 07:40 (UTC +04:00)

Bu “iPhone”lar artıq “WhatsApp”dan istifadə edə bilməyəcək

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı olan “WhatsApp”, hər gün etdiyi yeniləmələrlə istifadəçi təcrübəsini daha yüksək səviyyəyə daşımağı hədəfləyir.

Lent.az xəbər verir ki, Meta şirkətinə məxsus mesajlaşma proqramı olan “WhatsApp”ın iOS 10 və iOS 11 ilə işləyən telefonlar üçün dəstəyi dayandıracağı məlum olub.

Məlumata görə iOS 10 və iOS 11 əməliyyat sistemli telefonlar 24 oktyabr 2024-cü il tarixindən etibarən “WhatsApp”dan istifadə edə bilməyəcək.

Bu halda “iPhone 5C” və “iPhone 5S” modelləri oktyabr ayından etibarən WhatsApp-dan istifadə edə bilməyəcək.

Bunun əksinə iOS 12 ilə işləyən “iPhone 5S” istifadəçiləri isə “WhatsApp”dan bir müddət daha istifadə etməyə davam edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar