Bərbər şiri:  Nəsli kəsilməzdən 1 saat əvvəl fotosu çəkilən məşhur yırtıcı
09 avqust 2024 20:15 (UTC +04:00)

Bərbər şiri: Nəsli kəsilməzdən 1 saat əvvəl fotosu çəkilən məşhur yırtıcı

Hazırda nəsli kəsilmiş Bərbər şirləri tarixdə dərin iz qoyub.

Lent.az artıq 100 ildən çoxdur ki, nəsli kəsilmiş sayılan bu meşə şahı barədə yazını təqdim edir.

Bərbər şirləri dəstə-dəstə yox, cüt-cüt və ya kiçik ailə qrupları halında gəzirdilər. Barbar şirini xarakterik baş forması və yalına görə tanımaq olduqca asan idi.

Barbar şirləri bəşər tarixində aslanların ən mühüm alt növü hesab olunurdu. Onlar Qədim Romada qiymətləndirilirdi və məşhur həkim və bioloq Carl Linney 1758-ci ildə şir növlərini təsvir və təsnif etmək üçün bütövlükdə Barbar şirinə arxalanmışdı.

Buna görə də Bərbər şirləri bu gün bütün növlərin nominotipik taksonu sayılır.

Antik dövrlərdə Barbar şiri bütün Afrika qitəsində Saharadan şimalda geniş yayılmışdı. Qədim romalılar onu tez-tez arenalarda, qladiator döyüşlərində bu gün nəsli kəsilmiş Turan pələnginə qarşı istifadə edirdilər.

Mənbələrdən belə çıxır ki, Barbar şiri Şimali Afrikadan təxminən 18-ci əsrin əvvəllərində yox olub və yalnız şimal-qərbdə kiçik bir ərazidə qalıb. Odlu silahların yayılması və məqsədyönlü şəkildə məhv edilmə siyasəti Bərbər şirlərinin bu bölgədə onların sayının xeyli azalmasının səbəbi idi.

İnsanlar şir ovlamağa başladılar. İri heyvanlar nəslini artırmaq və qidalandırmaq üçün böyük vaxt və resurs xərcləri tələb etdiyindən populyasiyalarını tez bir zamanda bərpa edə bilmədilər və onları məhv etmək çox asanlaşdı.

Vəhşi təbiətdə sonuncu yaşayan Bərbər şiri 1922-ci ildə Mərakeşdə, Atlas dağlarında vurulub. Həmin sonuncu Bərbər şirinin fotosu məşhur müharibə fotoqrafı Marselin Flandrin tərəfindən ölümündən 1 saat əvvəl çəkilmişdi. Fotonun çəkilməsindən qısa müddət sonra həmin şir Mərakeşdə ovçular tərəfindən güllələnərək öldürüldü.

Oxşar aqibət Şimali Afrikadakı digər iri yırtıcıların başına da gəlib. Bərbər bəbiri olduqca nadir hallarda rast gəlinir və Atlas ayısı isə demək olar, tamamilə yox olub.

Elm adamları XX əsrin ilk yarısında Barbar şirlərinin nəslinin tam kəsildiyini güman edirdilər. Bununla belə, sonradan Mərakeş hökmdarlarının illərlə yerli tayfalardan hədiyyə olaraq Bərbər şirləri aldıqları üzə çıxdı. Mərakeş kralı I Həsənin 1970-ci ildə Rabat zooparkına bağışladığı şirlərin həmin Bərbər şirlərinin birbaşa törəmələri olduğu güman edilirdi. Hədiyyə edilən şirlərin morfologiyası Bərbər şirlərinin tarixi təsvirinə uyğun idi. 1998-ci ildə Mərakeş sultanının zooparka bağışladığı şirlərinin nəslindən hazırda 52 nümunə qalıb, lakin sonradan həmin şirlərin də xalis Bərbər şiri olmadığı, başqa şir növlərinin qarışıqları olduğu üzə çıxdı.

O vaxtdan bəri saf cins Bərbər şirləri artıq dünyada yoxdur. Lakin onların genofondunun bir hissəsi digər alt növlərlə qarışması nəticəsində hələ də təbiətdə qorunub saxlanılmışdır.

Qeyd olunmalıdır ki, Bərbər şiri müasir aslanların ən böyük növü sayılırdı. Onun bədən çəkisi təxminən 270 kq, müasir aslanların çəkisi isə təxminən 30% azdır. Bundan əlavə, o, demək olar ki, yerə çatan tünd rəngli nəhəng bir yelə sahib idi.

Əgər zooparkda birdən tünd yallı bir aslan görsəniz, bilin ki, onun damarlarında Barbar şirlərinin qanından axır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5595
avatar

Vüqar İsmayılov

Oxşar yazılar