Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO
26 yanvar 2023 17:10 (UTC +04:00)

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada körpünün yeni təmir olunan hissəsi dağılıb.

Lent.az xəbər verir ki, bu barədə "ZAQATALA NEWS" səhifəsi məlumat yayıb. 

Qeyd olunur ki, söhbət Zaqatala şəhərinin girişində, Tala çayının üzərindəki körpüdən gedir. Məlumata görə, həmin körpüdə 2 gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir işləri həyata keçirilib.

Bu gün isə təmir olunan yer yenidən dağılıb.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Lent.az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparıb məlumat verəcək.

Körpüdən fotoları təqdim edirik:

Təmirdən əvvəl

Təmir zamanı

Təmirdən 2 gün sonra

# 3789
avatar

Oxşar yazılar