"Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil ediləcək".
Bu sözləri Lent.az-ın sorğusuna cavab olaraq, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, səhər saatlarında bəzi yerlərdə hava çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var:
"Mülayim şimal şərq küləyi əsəcək. Temperatur gündüz 7-9 dərəcə isti olacaq".