”Qarpızın bir kiloqramında nitratin miqdarı 60 milliqram olmalıdır. Son illər aparılan müşahidələr bunun bir neçə dəfə artıq olduğunu göstərirdi. Lakin 2013-cü ildə, yəni bu yay apardığımız müayinələrdə belə hallar aşkar olunmayıb”.
Lent.az-ın məlumatına ngörə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib. Z.Kazımov qeyd edib ki, ötən illərlə müqayisədə bu il ölkə ərazisində yetişdirilən qarpızların tərkibində nitratin normadan artıq aşkar edilməsinə rast gəlinməyib. Onun sözlərinə görə, bu, onu deməyə əsas verir ki, bu il yetişdirilən qarpızların tərkibi normaya cavab verir.