Zığda torpaq və tikililərdə çatlar genişlənib - Nazirlik
24 oktyabr 2016 16:15 (UTC +04:00)

Zığda torpaq və tikililərdə çatlar genişlənib - Nazirlik

 

 

“Son günlər yağan yağışların təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə olunur”.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

 

Onun sözlərinə görə, Zığ sürüşmə sahəsindəki qırılma xətlərində, torpaq qatında və tikililərdə çatlar genişlənib: “Bəzi yerlərdə isə çökmə-oturma hadisəsi baş verib”.

 

R. Həsənov qeyd edib ki, Zığ sürüşmə sahəsində torpaq genişlənmələri bəzi yerlərdə 3-4 sm-ə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

APA Baycan

Oxşar yazılar