Zığ-Hava limanı avtomobil yolunda təmir işləri aparılır -<span style="color:red;"> DİQQƏT!
09 iyun 2017 17:17 (UTC +04:00)

Zığ-Hava limanı avtomobil yolunda təmir işləri aparılır - DİQQƏT!

Zığ-Hava limanı avtomobil yolunda profilaktik tədbirlərin görülməsinə başlanılır.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir müddət ərzində sözügedən yolda təmir işləri görüləcək.

Profilaktik təmir işlərinin görüldüyü 1 zolaq üzrə hərəkət hissə-hissə məhdudlaşdırılaraq, digər boş qalacaq zolaqlara yönəldiləcək.

Sürücülərin sözügedən yoldan istifadəsi zamanı diqqətli olmaları, profilaktik təmir işləri ilə əlaqədar olaraq quraşdırılan müvəqqəti yol nişanlarına və sürət həddinə əməl etmələri tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114
avatar

Oxşar yazılar