<b>Yolların buz bağlaması ilə əlaqədar daşıyıcı şirkətlərə</b> <span style="color:red;">XƏBƏRDARLIQ
22 noyabr 2016 16:31 (UTC +04:00)

Yolların buz bağlaması ilə əlaqədar daşıyıcı şirkətlərə XƏBƏRDARLIQ

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb. Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücülərı metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinə yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar