<b>Respublikanın hər yerində tədris təmayülləşdiriləcək </b>
02 dekabr 2016 17:10 (UTC +04:00)

Respublikanın hər yerində tədris təmayülləşdiriləcək

 

2017-2018-ci tədris ilindən etibarən Azərbaycanın bütün bölgələrində ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq.

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva deyib.

 

G.Xudiyevanın sözlərinə görə, növbəti dərs ilində respublikada tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə kütləvi şəkildə keçid olacaq: “ İndiyə qədər bu pilot layihə şəkilində həyata keçirilirdi. Ancaq təhsil haqqında qanunun tələblərinə uyğun olaraq növbəti tədris ilindən respublikanın bütün  bölgələrində ümumtəhsil məktəblərində  tam orta təhsil səviyyəsi təmayüllər üzrə təşkil olunacaq”.

 

G.Xudiyeva deyib ki, hazırda bu istiqamətdə təhlillər aparılır, risklər müəyyənləşdirilir: “Məktəbin şagird, sinif sayı,  kadr potensialı  nəzərə alınır. Rayon təhsil şöbələri,  yerli təhsil idarəetmə orqanları təhlillər aparırlar. Təhlillərin nəticələri Təhsil Nazirliyində də təhlil olunur və yekun qərar ictimaiyyətə açıqlanacaq”.

 

Qeyd edək ki, 2016-2017-ci tədris ilindən isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə pilot ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235

Oxşar yazılar

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

18 iyul 2025 , 12:49