"Bu il yanıq şöbəsinə müraciət edənlər arasında uşaqlar çoxluq təşkil edir”
Lent.az-ın məlumatına görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun plastik və Rekonstruktiv Cərahiyyə klinikasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Ş.Məmmədov qeyd edib ki, ötən illə müqayisədə bu il yanıq şöbəsinə müraciət edən xəstələrin sayı xeyli azalıb: “ Bu il şöbəmizə 800 stasionar, 1200 ambulator xəstə müraciət edib. Mmüraciət edənlərin arasında uşaqlar çoxluq təşkil edir. Uşaqlarda ən çox isti su yanıqları müşahidə olunur. Böyüklər də isə daha çox partlayış, eləcə də su yanıqlarına rast gəlinir".
Ş. Məmmədov bildirib ki, bu il şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: "Şöbəyə müraciət edənlərin 70 faizində ağır yanıq xəsarətləri olub. Həmin xəstələrin bədən səthinin 50 faizi yanıb. Yanıqdan ölüm halı ötən illə müqayisədə xeyli azalıb".
Şöbə müdiri vurğulayıb ki, ümumiyyətlə, III A, III B, IV dərəcəli yanıqlarda plastik cərrahiyyəyə ehtiyac olur. Xəstə reabilitasiya dövrünə qədəm qoyduqda yenidən şöbəyə müraciət edir və həmin xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilir. Yuxarıda sadalanan yanıq dərəcələrində izin qalma ehtimalı isə böyükdür.