Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 16-18° isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 13-18° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.