Xaricə getmədən pulla saxta diplom alanlar var - <span style="color:red;">RƏSMİ
02 dekabr 2016 14:32 (UTC +04:00)

Xaricə getmədən pulla saxta diplom alanlar var - RƏSMİ

“Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan hansısa müəssisənin göndərişi ilə diplom tanımır”.

 

Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev deyib.

 

S.Vəliyev deyib ki, Təhsil Nazirliyi heç bir şirkətlə, müəssisə ilə xaricdə təhsil istiqamətində əməkdaşlıq etmir: “Təhsil Nazirliyi tərəfindən diplomların tanınmasına zəmanət verən şirkətlər ən azından valideyn qarşısında məsuliyyəti dərk etməlidir. Hansısa bir şirkətin, yaxud xaricdə təhsillə məşğul olan müəssisənin göndərişi ilə biz diplom tanımırıq”.

 

S.Vəliyev  bildirib ki, indiyə kimi ölkədə saxta diplomlarla bağlı bəzi halar aşkarlanıb: “ Bildiyiniz kimi, Azərbaycan Müəllimlər Universitetinin bir çox filiallarında qanunsuz diplom halları aşkarlandı və o filialların fəaliyyəti dayandırıldı. Bundan başqa, artıq fəaliyyət göstərməyən, qalmaqallı  Azərbaycan Beynəlxalq Universitetində qanunsuz diplom halları aşkarlanmışdı. İndi əksər insanlar Rusiya, Ukrayna,  Gürcüstandan  pulla diplom alırlar. Həmin şəxs fiziki olaraq o ölkədə olmadan diplomunu əldə edir və onun tanınması üçün  bizə müraciət edir. Biz o məsələni araşdırırıq. Bu yöndə yenə də daha çox MDB ölkələrinin ali təhsil müəssisələri ilə bağlı problemlər yaşanır. Həmin adı sadalanan  ölkələrin  bəzi ali təhsil müəssisələri tərəfindən verilən təhsil öz keyfiyyətsizliyi və verdikləri diplomun əssasızlığı ilə fərqlənir”.

 

S.Vəliyev qeyd edib ki, xaricdə təhsil almaq istəyən şəxs əvvəlcədən seçim edəcəyi təhsil müəssisəsi haqqında məlumat toplamalıdır ki, sonra diplomun tanınmasında problem yaşamasın: “Xaricdə təhsil almaq istəyən vətəndaş xaricdə təhsil dalınca getmədən əvvəl seçdiyi və seçəcəyi təhsil müəssisəsini tam şəkildə araşdırmalıdır. Onun akkreditasiyadan keçib-keçməməsi, ixtisasının akkreditasiya olunub-olunmaması, təhsil müəssisəsinin həmin ölkədə tanınıb-tanınmamısı, gələcəkdə nostrifikasiya ilə bağlı hansı problemlərin yaranma ehtimalının olub olmaması barədə məlumatlı olmalıdır. Eyni zamanda “Enic- Naric” beynəlxalq şəbəkə mövcuddur ki, həmin şəbəkədə ölkələr üzrə tanınan ali təhsil müəssisəsinin hamısının siyahısı mövcuddur.

Bundan başqa, hər həftənin 5-ci günü saat 4-dən 5-ə qədər Təhsil Nazirliyində bu istiqamətdə məsləhət saatları ayrılıb.  İstənilən vaxt valideyn ya tələbə gəlib təhsil almaq istədiyi ali təhsil müəssisəsi ilə bağlı suallarını verə bilər. Təhsil Nazirliyi tərəfindən də lazımı köməklik olarsa, səhəri gün həmin şəxs diplomunun tanınmasında problem yaşamayacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

18 iyul 2025 , 12:49