UNEC müəllimi “Microsoft”un “İnnovativ müəllim” sertifikatını qazanıb
23 yanvar 2017 16:31 (UTC +04:00)

UNEC müəllimi “Microsoft”un “İnnovativ müəllim” sertifikatını qazanıb

 

UNEC-in “Marketinq” kafedrasının müəllimi, rektorun köməkçisi Ramil Cabbarov dünyanın aparıcı şirkətlərindən sayılan “Microsoft”un sertifikatını qazanıb.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Microsoft Təhsil İşçiləri Cəmiyyətinin üzvləri üçün “Texnologiya ilə tədris” adı altında təşkil edilən 18 saatlıq online təlim paketində “Tədris zamanı İKT resurslarının istifadəsi”, “Texnologiya və pedaqogikanın vəhdəti”, “İKT əsaslı öyrənmə və öyrətmə” və “İKT köməyi ilə tədrisin idarə olunması” mövzularında təlim keçilib. Təlimlərin sonunda keçirilən imtahanların nəticəsinə əsasən, R.Cabbarov “Microsoft” şirkətinin “İnnovativ müəllim” sertifikatını qazanıb.

 

Bildirək ki, “Texnologiya ilə tədris” proqramının kurrikulumunda innovativ təhsil işçilərinin İnformasiya Kommunikasiya Texnologiyalarından yararlanaraq öyrətmə və öyrənmə təcrübəsinin artırılması əsas götürülüb. “Microsoft”un bu təlim paketi UNESCO Müəllimlərin İKT Yetərliliyi Çərçivəsinə (UNESCO ICT Competency Framework for Teachers) uyğunlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar