Tovuz Elektrik Şəbəkəsi qışa hazırdır
07 dekabr 2016 12:13 (UTC +04:00)

Tovuz Elektrik Şəbəkəsi qışa hazırdır

0

Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Tovuz Elektrik Şəbəkəsinin paylayıcı elektrik şəbəkələri yenidən qurulub. ASC-nin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejimi yaradılıb. Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb.

 

Sərhəddə yerləşən Muncuqlu kəndi istiqamətində də böyük quruculuq işləri aparılıb.  “Düyərli” dartı yarımstansiyasından qidalanan 4.550 metr məsafədə 10 kV-luq hava xətti dəyişdirilib, 5.450 metr 0,4 kV-luq hava xətləri  yenidən qurulub, 2016-cı il ərzində 34.400 metr məsafəyə SİP kabel çəkilib. “Azərişıq” ASC tərəfindən 2016-cı ildə Tovuz rayonunda 26 ədəd KTM quraşdırılaraq istifadəyə verilib.

               

Tovuz EŞ-ə daxil olan “Qandallar”, “Girzan”, “Tovuz” və “Qovlar” yarımstansiyaların   elektrik avadanlıqlarında təmir və sazlanma işləri aparılıb. Müxtəlif gücə malik HEVX-lərdə  texniki  tədbirlər görülərək qışa hazırlıq mərhələsi başa vurulub.

 

Hazırda Tovuz şəhərində Elektrik Şəbəkəsi üçün 200 kv.m sahəsi olan inzibati binanın tikintisi yekunlaşır. Yeni ofisin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.             

 

“Azərişıq” ASC Tovuz rayonunda istehlakçıların   keyfiyyətli, dayanıqlı, təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün 2017-ci ildə də quruculuq işlərini davam etdirəcək. 2017-ci ildə 1 ədəd 35/10 kV-luq yarımstansiyanın tikilməsi, “Qovlar” və “Əhmədabad” yarımstansiyalarının təmiri və 20 ədəd KTM-in quraşdırılması nəzərdə tutulub. Bundan başqa 12  ədəd hava xətləri SİP-ləşdiriləcək və  istismara yararsız   elektrik dayaqları yeniləri ilə əvəzlənəcək.

 

Tovuz Elektrik Şəbəkəsi əhaliyə verilən  elektrik  enerjisi  haqlarının yığılmasında da öncüllər sırasındadır. Bu günə qədər enerji haqlarının yığılması 92,5 faiz  səviyyəsinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar