Hava soyuyacaq - <span style="color:red;">XƏBƏRDARLIQ
14 noyabr 2014 13:13 (UTC +04:00)

Hava soyuyacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyini hava şəraitinin dəyişiləcəyi ilə bağlı əhalini xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, noyabrın 17-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Noyabrın 17-18-19-da havanın temperaturu gündüz saatlarında  8-10 dərəcə isti olacaq. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var.

 

 Rayonlara gəlincə, noybarın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənilir.

 

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3529

Oxşar yazılar