
Təhsil kreditini ödəyə bilməyən çoxlu gənclərimiz var - DEPUTAT
“Prezident əhalinin 10 min dollara qədər kredit borcunun ödənilməsi barədə tapşırıq verib. Amma 620 milyon manatın əhaliyə verilməsindən sonra da bank sektorunda problemlər həllini tapmadı”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Vahid Əhmədov bildirib.
V. Əhmədov deyib ki, bank sektorunun sağlamlaşdırılması hökumət və real sektor üçün ən vacib məsələlərdən biridir: “Niyə bank sistemində vəziyyət ağır olaraq qalır? Bank rəhbərləri Milli Məclisə dəvət oluna və bu məsələlər araşdırıla bilər. Digər tərəfdən devalvasiyadan tək fiziki şəxslər yox, hüquqi şəxslər də əziyyət çəkib. Hüquqi şəxslərə də yardım edilməlidir. Bu, pul deyil, qiymətli kağızlar şəklində həyata keçirilməlidir”.
V. Əhmədov bununla bağlı həmkarı Əli Məsimli ilə birlikdə Prezident İlham Əliyevə müraciət etdiklərini də xatırladıb.
Millət vəkili təhsil krediti ilə bağlı qanunun qəbulunu da vacib sayıb: “Təhsil kreditini ödəyə bilmədiyi üçün çoxlu sayda gənc təhsil ala bilmir. Ona görə də bu barədə qanun layihəsinin gündəliyə salınması və qəbulu vacibdir”.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06