Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Fevral
03 fevral 2015 20:12 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Fevral

GÜNÜN ŞƏRHİ

Neftin qiymətinin kəskin ucuzlaşması Avropanın neft hasil edən ölkələrinə də təsirini göstərməyə başlayıb. Artıq bu təsiri Şimal dənizində neft hasil edən ölkələr, ilk növbədə Şotlandiya açıq şəkildə hiss edir. Qara qızılın qiyməti 60 dollar həcmində stabilləşməsə, bu ölkənin neft sektoru zərərlə barışmalı olacaq. Çünki Şimal dənizində neftin çıxarılması yalnız bu qiymət çərçivəsində səmərəli sayılır. Artıq Şotlandiya şirkətlərində kütləvi ixtisarların başlaması göstərir ki, Avropanın neft analitikləri yaxın zamanlarda neft satışlarında qiymət artımı gözləmir. Bu fonda BP şirkətinin rəhbərinin proqnozları kifayət qədər optimist görünə bilər. Amma gerçəklik budur ki, neftin qiymətinin hansı çərçivədə dəyişəcəyini analitiklər belə müəyyənləşdirməkdə çətinlik çəkirlər. OPEK rəhbərinin, BP rəhbərinin, səudiyyəli nazirlərin proqnozları neft bazarında yalnız psixoloji təlatüm yaratmaqdan başqa heç nəyə yaramır. Artıq dünya neftin qiymətinin hansı həddə qalxacağını deyil, 60 dollar civarında gözlənən son həddin ölkələrin, xüsusilə neft hasil edən ölkələrin iqtisadiyyatına necə təsir göstərəcəyini düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar