"Ünvanlı yardım sisteminin elektronlaşması üzrə konkret işlər başlayıb"
13 mart 2015 12:27 (UTC +04:00)

"Ünvanlı yardım sisteminin elektronlaşması üzrə konkret işlər başlayıb"

 

 “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” fərmanın icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış İşçi qrup ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində konkret işlərə başlayıb”.  

 

Lent.az-ın məlumatına görə, bu barədə nazir Səlim Müslümov nazirliyin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edərkən məlumat verib.  S.Müslümov bildirib ki, Tədbirlər Planına uyğun olaraq, ünvanlı dövlət sosial yardımları üçün vətəndaşlara fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət imkanları yaradılmaqla, eyni zamanda müraciətlərə baxılması və yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastruktur tam hazırlanacaq: “Ünvanlı sosial yardımların təyinatında ünvanlılığın və  şəffaflığın təminatına güclü nəzarət nəticəsində bu yardımlarla bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb. Eyni zamanda, ölkənin bölgələrində keçirdiyimiz vətəndaş qəbulları zamanı da ünvanlı yardımlarla bağlı müraciətlər, demək olar ki, minimuma enib. Ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılması bu sahədə ciddi irəliləyiş olmaqla, ünvanlı yardım təyinatında hansısa məmur müdaxiləsi mümkün olmayan şəffaf bir mühitin yaranmasında, bununla da şikayətlərin aradan qalxmasında çox təsirli vasitə olacaq”.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət hesabına mənzil və minik avtomobili, əlil arabası ilə təmin olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinə köməklik göstərilməsi məsələlərini əhatə edib. Digər müraciətlərdə məşğulluq, əmək hüquqlarının təminatı, peşə reabilitasiyasına cəlb olunma və s.  məsələlər əksini tapıb. Müraciətlərin obyektiv şəkildə araşdırılaraq cavablandırılması barədə nazirliyin aidiyyati struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228

Oxşar yazılar