
Şəhid Bəhruz Qasımovun xatirəsi əbədiləşdirildi: "Onun məzarı yox idi"
Oktyabrın 19-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov respublikamızın ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə şəhid olan Qasımov Bəhruz Fazil oğlunun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər abidəsi”ndə xatirə barelyefinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət edib.
Tədbirdə iştirak edən icra hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri şəhidin barelyefi qarşısına gül dəstələri qoyublar.
Şəhid olan Bəhruz Qasımovun əmisi oğlu tanınmış jurnalist, yazıçı İlqar Əlfioğlu Lent.az-a bildirib ki, ailəsi indiyədək Bəhruzu şəhid kimi qəbul edə bilməyib:
“Buna səbəb onun Ağdam döyüşlərində itkin düşməsi olub. Sonradan onun barəsində heç bir məlumat ala bilmədik. İtkin düşməsi səbəbindən məzarı yox idi. “Şəhidlər abidəsi”ndə Bəhruzun xatirə barelyefinin yerləşdirilməsi ilə ailəmizin ziyarət edəcəyi bir yer oldu.
Ailəmiz adından Səbail rayon İcra Hakimiyyətinə təşəkkür edirəm”.
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27