
Sabahın hava proqnozu
0
0
Sabah ölkədə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclü olacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
0
0
Oxşar yazılar

Sərxoşlar üçün ən yaxşı ölkələr: Portuqaliyadan Rumıniyaya qədər
7 sentyabr 2025 , 15:20
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
7 sentyabr 2025 , 13:47
Sabah çimərliklərdə hava küləkli olacaq
7 sentyabr 2025 , 12:20
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
7 sentyabr 2025 , 12:11
Leysan yağıb, duman çöküb - GÜNÜN HAVASI
7 sentyabr 2025 , 10:48
Sentyabr elə uğurlar gətirəcək ki... Hansı BÜRCLƏR köklü dəyişikliklər yaşayacaq
7 sentyabr 2025 , 09:09
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
6 sentyabr 2025 , 17:27