<b>Hava mülayimləşir -</b> <span style="color:red;">19 dərəcə isti
07 noyabr 2016 12:24 (UTC +04:00)

Hava mülayimləşir - 19 dərəcə isti

 

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-11, gündüz 13-17, Bakıda gecə 9-11, gündüz 14-16° isti olacaq. 

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14° isti olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar