Dövlət İmtahan Mərkəzi ( DİM) rezidenturaya sənəd verənlərə müraciət edib.
DİM-dən Lent.az-a verilən məlumata görə, rezidenturaya sənəd vermək istəyən xarici ölkələrdə təhsil almış şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan, qaçqın statusu almış şəxslər, eləcə də xarici ölkələrdə diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak etmək üçün DİM-in rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri DİM tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşviq küç., 1M) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.