<b>Qeyri-sabit hava ayın 14-dək davam edəcək -</b> <span style="color:red;">PRONOZ
10 fevral 2017 12:30 (UTC +04:00)

Qeyri-sabit hava ayın 14-dək davam edəcək - PRONOZ

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

 

Fevralın 11-də isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Oxşar yazılar