Prezidentin 55 illiyi münasibəti ilə Gəncədə 55 min ağac əkilib
24 dekabr 2016 15:21 (UTC +04:00)

Prezidentin 55 illiyi münasibəti ilə Gəncədə 55 min ağac əkilib

Prezident İlham Əliyevin 55 yubiley yaşı münasibətilə  Gəncədə ağacəkmə aksiyası keçirilib.

 

Lent.az-ın məlumatına görə, kampaniya çərçivəsində əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.  

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində 55 000-ci ağacı əkib.

İcra başçısının birinci müavini Elnur Rzayev bildirib ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində həyata keçirilən aksiyaya bu il dekabr ayının 1-dən start verilib. 

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, deputat Naqif  Həmzəyev ağac əkmə aksiyasının gəncəlilərin prezident İlham Əliyevin 55 illiyinə hədiyyəsi olduğunu bildirib. O qeyd edib ki, bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar