Od çərşənbəsində 7 uşaq tonqala düşüb
02 mart 2017 12:21 (UTC +04:00)

Od çərşənbəsində 7 uşaq tonqala düşüb

"Ötən çərşənbədə 7 nəfər uşaq tonqala düşüb"

Lent.az-ın məlumatına görə,  bunu Ə. Əliyev Adına Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərahiyyə Klinikasının yanıq şöbəsinin həkim cərrahı  Almaz Seyidov bu gün keçirilmiş tədbirdə deyib.

Xəsarət alan uşaqların II və III dərəcəli yanıq ilə xəstəxanaya gətirildiyini qeyd edən A.Seyidovun sözlərinə görə, həmin uşaqlar daha çox əl və diz nahiyələrindən yanıq xəsarəti alıblar.

A.Seyidov bildirib ki, ilk çərşənbədə isə tonqala düşən olmayıb.

Həkim əlavə edib ki, ötən il tonqala 70 yaşında kişi düşmüşdü: “ Həmin kişi IV dərəcəli yanıq xəsarəti ilə bizə gətirilmişdi. Onu da deyim ki, bizə il boyu müraciət edənlərin 65 faizini uşaqlar təşkil edir”.

 

Cərrah valideynləri uşaqlara qarşı diqqəti olmağa çağırıb.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Fərizə Əhmədova

Oxşar yazılar