Oktyabrda evlənmək istəyən <span style="color:red;">6 nəfərdə QİÇS  aşkarlanıb
04 noyabr 2016 13:08 (UTC +04:00)

Oktyabrda evlənmək istəyən 6 nəfərdə QİÇS aşkarlanıb

Oktyabr ayında 10 177 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib.

 

Bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Lent.az-a açıqlamasında deyib.

Z.Əlimirzəyeva bildirib ki, ötən ay nikaha daxil olmaq istəyənlərin 421 nəfərində talassemiya daşıyıcılığı, 47 nəfərində siflis, 6 nəfərində isə QİÇS xəstəliyi aşkarlanıb.

 

İnstitut direktorunun sözlərinə görə, ötən ay ərzində 3 cütlükdə talassemiya daşıyıcısı aşkarlanıb: “Bu günə qədər talassemiya daşıyıcısı hamilə qadınların 3-nün uşağında xəstəlik aşkarlandığı üçün ondan imtina ediblər”.

 

Qeyd edək ki, nikaha daxil olanların tibbi müayinəsi başlayan müddətdən bu günədək 207731 nəfər müayinədən keçib. Onlardan 9552 nəfərdə talassemiya, 796 nəfərdə siflis, 139 nəfərdə isə QİÇS aşkarlanıb. Tibbi müayinədən keçən 74 cütlüyün isə  hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Fərizə Əhmədova

Oxşar yazılar