Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Noyabr
23 noyabr 2016 20:22 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Noyabr

YORUM

Avropa İttifaqı daxilində hərbi strukturun, hətta ittifaqın öz ordusunun yaradılması ideyası son vaxtlar gündəmə gəlib. Bu, qitədə təhlükəsizlik risklərinin artması ilə bağlıdır. Risklər ilk növbədə Avropa İttifaqının yaxın qonşusu Rusiyanın başqa bir qonşu ölkə olan Ukraynaya qarşı hibrid müharibə taktikası tətbiq etməsindən və Moskvanın 2-ci Dünya müharibəsindən sonra formalaşmış düzənə təftişçi münasibətindən qaynaqlanır.

 

Avropa İttifaqı ölkələri həm də NATO-nun üzvüdür və alyansın təhlükəsizlik təminatı altındadır, bu baxımdan avropalıların niyyəti ilk baxışdan anlaşılmaz görünə bilər. Lakin Avropa İttifaqının yaratmağı düşündüyü hərbi strukturun NATO çərçivəsindəki müttəfiqliyə xələl gətirməsi gözlənilmir. Sadəcə olaraq, avropalılar təhlükəsizlik sahəsində öz üzərilərinə əlavə məsuliyyət götürmək fikrindədirlər.

 

Əslində avropalıları buna sövq edən amillərdən biri ABŞ-ın mövqeyidir... Vaşinqton Ukrayna böhranından bəri avropalı müttəfiqlərini hərbi xərcləri artırmağa çağırır. ABŞ-ın yeni prezidenti Donald Tramp isə bu məsələni daha konkret qoyub və NATO daxilində bütün yükün ABŞ-ın boynunda qalmasının doğru olmadığını bildirib. O, avropalı müttəfiqləri təhlükəsizliyə əlavə töhfələr verməyə çağırıb. Bu baxımdan Avropa İttifaqının planlarının yeni şəraitə uyğun olduğunu söyləmək olar. Lakin şübhə yoxdur ki, ABŞ yenə də Avropada təhlükəsizliyin təmin olunmasında lider rolunu davam etdirəcək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar