<span style="color:red;">Millət vəkili:  "Savadlı cəmiyyət savadlı anadan keçir"
10 fevral 2017 15:23 (UTC +04:00)

Millət vəkili: "Savadlı cəmiyyət savadlı anadan keçir"

 

Millət vəkili Qənirə Paşayeva Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin "Müasir Azərbaycan qadını" layihəsi çərçivəsində qadınlarla görüşüb.

 

Lent.az-ın məlumatına görə, müxtəlif bölgələrdən çoxlu sayda qadınların qatıldığı tədbirdə Q.Paşayeva bildirib ki, həyatın bütün sahələrində kişilərlə qadınların bərabərliyi təmin olunan ölkələrdə daha çox uğurlar var: “Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır”.

 

Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yerini vurğulayan millət vəkili deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

 

Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Q. Paşayeva bununla Azərbaycanın dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib.

 

Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəni daha da artırmağa dair çağırış edib: “Gender bərabərliyi məsələsinə diqqəti daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən maarifləndirmə işlərinə başlamalıyıq, uşaqları bu istiqamətdə tərbiyə etməliyik. Dövlət qurumları, Qeyri-hökumət Təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir.

 

Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir.  Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyəti daha da gücləndirməyə ciddi ehtiyac var.

 

Q.Paşayeva tədbirdə təkliflə çıxış edərək bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarının həftədə bir şəhid, müharibə əlili və ya veteranı, məcburi köçkün ailəsinə, ailə başçısı itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış analara baş çəkməyə, qayğı və problemləri ilə maraqlanmağa çağırıb.

 

Tədbirin sonunda Q. Paşayeva hər bir qadına müəllifi olduğu və yeni çapdan çıxan "Səni Allaha Eşq götürür" kitabını hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar