"Bir mətbuat konfransının tarixi" filmi təqdim olunub
19 yanvar 2017 17:20 (UTC +04:00)

"Bir mətbuat konfransının tarixi" filmi təqdim olunub

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçirilib.

 

MŞ-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 20 Yanvar həqiqətlərindən haqqında  məlumat verib.

 

Bildirilib ki, sənədli film də mövcud zərurətin dəyərləndirilməsi ehtiyacından yaranıb.

 

“Məhz belə bir çətin dövrdə xalqımızın Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də, yəni faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasına gələrək mətbuat konfransı keçirdi, 20 Yanvar dəhşətlərinə ilk dəfə olaraq siyasi qiymət verdi. Heydər Əliyev o zamankı SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etdi. Bu, son dərəcə qətiyyətli və cəsarətli addım idi.  Filmin məsləhətçisi Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov, müəllifi isə əməkdar jurnalist Mübariz Əsgərovdur», - deyən Ə.Amaşov tədbir iştirakçılarını «Bir mətbuat konfransının tarixi» sənədli filminə tamaşa etməyə çağırıb.

 

Təqdimat mərasimində çıxış edən MŞ İdarə Heyətinin üzvü Musa Qasımlı bildirib ki, yüksək peşəkarlıqla ərsəyə gətirilmiş ekran işinin 20 Yanvar həqiqətlərini ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti var. Buna görə də o, sənədli filmin xarici dillərə tərcümə edilməsini, habelə telekanallarda nümayişini vacib sayıb.

 

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev də «Bir mətbuat konfransının tarixi» sənədli filmində Heydər Əliyevin şəxsində bir insanın yaşantısının, eyni zamanda xalqın və Azərbaycan dövlətçiliyinin taleyinin əksini tapmasını ekran işinin ən mühüm məziyyəti kimi dəyərləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar