Mehriban Əliyeva Binədə bağçanın açılışında olub - <span style="color:red;">FOTOLENT
26 dekabr 2016 18:42 (UTC +04:00)

Mehriban Əliyeva Binədə bağçanın açılışında olub - FOTOLENT

0

 

Dekabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  körpələr evi-uşaq bağçasının binasının tikintisinə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə başlanılıb. Tikinti işləri bu ilin avqust ayında tam yekunlaşıb.

Məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan M.Əliyevaya bildirilib ki, yaşayış evlərinin sıx yerləşdiyi qəsəbənin bu hissəsində əvvəllər uşaq bağçası olmayıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 uşaq yerlikdir və 7 qrupdan ibarətdir.

Qeyd edilib ki, burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Xatırladaq ki, 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb. İlkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyi, gələcəkdə onun bütün ölkədə aparılacağı bildirilib, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşib. Binə qəsəbəsində inşa edilən körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 731

Oxşar yazılar