Kredit almaq istəyən tələbələr üçün<span style="color:red;"> YENİ ŞANS
30 yanvar 2017 17:15 (UTC +04:00)

Kredit almaq istəyən tələbələr üçün YENİ ŞANS

Fevralın 1-dən “Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verir.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu elan  2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.         

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında http://maarifci.az) qeyd olunub.

 

Bildirək ki, müraciətlər martın 15-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Fərizə Əhmədova

Oxşar yazılar