Kiçik çillə girdi - <span style="color:red;">Kəskin soyuqlara hazır olun
31 yanvar 2017 11:39 (UTC +04:00)

Kiçik çillə girdi - Kəskin soyuqlara hazır olun

 

Bu gündən Azərbaycanda kiçik çillə başlayır.

 

Lent.az-ın məlumatına görə, xalq təqviminə görə, bu gün qışın nisbətən mülayim hesab edilən böyük çillə bitir və daha soyuq sayılan kiçik çillə başlayır.

 

Bildirək ki, xalq təqvimində qış 3 yerə bölünür: 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və Novruza qədər 30 günlük Boz ay. Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək Boz ay davam edir. Fevralın 21-dən Novruzun gəlişindən xəbər verən çərşənbələr başlayır.

Dekabrın 22-dən daxil olan Böyük çillə 40 gündən sonra Kiçik çillə ilə əvəz olunur.

 

Adətən Böyük çillə günlərində hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Ancaq Kiçik çillənin  davam etdiyi 20 gün ərzində isə daha soyuq, sərt və şaxtalı hava müşahidə edilir. Kiçik çillədə havanın temperaturu kəskin şəkildə aşağı enir, yağış və qar daha çox yağır.

 

Onu da nəzərinizə çatdıraq ki, kiçik çillənin ilk ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir. İnama görə Xıdır Nəbi bərəkət rəmzidir. Kiçik çillənin 10 günlüyü tamam olanda insanlar bu bayramı ona görə qeyd edir ki, sərt qışın soyuğundan və şaxtasından çıxan Xıdır Nəbi onlar üçün bolluq bərəkət və ruzi gətirsin. Buna görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər təşkil olunur, evlərdə qovurğa qovrulur, qovut çəkilir və bəzi ayinlər icra edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Fərizə Əhmədova

Oxşar yazılar