
Jurnalistlər üçün yeni MÜSABİQƏ
Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyi “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsi elan edib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqəyə təqdim olunmuş yazılar üçün bu mükafatlar nəzərdə tutulub:
I yer - 1000 manat (1 mükafat)
II yer - 800 manat (2 mükafat)
III yer - 500 manat (2 mükafat)
Həvəsləndirici mükafatlar – 200 manat (5 mükafat)
Yazıda “Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır. Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində dərc olunan yazılar müsabiqəyə qəbul olunmur. Müsabiqəyə qəbul olunmuş materiallar Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.
Müsabiqə üçün yazılar may ayının 25-dən iyul ayının 15-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) və Bakı şəhəri, Ə.Haqverdiyev küç., 60 ünvanında qəbul ediləcək.
Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59