<b>İyulun ilk günündə 40 dərəcə isti olacaq </b>
30 iyun 2017 12:40 (UTC +04:00)

İyulun ilk günündə 40 dərəcə isti olacaq

İyulun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. 

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək.  Lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 1-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar