
(R) “Amrahbank” talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi
Məlum olduğu kimi paytaxtımız Bakı şəhərində, Azərbaycanın regionlarında talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Yaşadığımız mühitdə mövcud olan belə ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədi ilə ötən illərdə olduğu kimi Amrahbank ASC bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "Azərbaycan Talassemiya Federasiyası" ilə birlikdə qanvermə aksiyası keçirdi.
Beynəlxalq Sağlamlıq Gününə təsadüf edən qanvermə aksiyası aprel ayının 7-də, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 45A, 987-ci məhəlllə ünvanında yerləşən "Amrahbank"ın baş ofisində təşkil olundu. Aksiyada Amrahbank kollektivinin üzvlərindən başqa, müştərilərin, qonaqların da aktiv iştirakı ilə 40-a qədər könüllü qan verdi.
Tədbirdə iştirak edən Amrahbank İdarə Heyətinin sədri cənab Emil Həsənov, aksiya iştirakçılarına Amrahbank adından öz təşəkkürünü bildirdi, qan donorluğu, xüsusilə korporativ donorluğun əhəmiyyətindən danışdı və belə sosial əhəmiyyətli korporativ tədbirlərin bundan sonra da davam etdiriləcəyini bir daha vurğuladı.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.
Hal-hazırda bankın 23 filiali və bir şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir,, Bərdə, Gəncə, Masallı kimi regionlarını da əhatə edir.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54