Hadı Rəcəbli: [b]“Azərbaycanda hər il 200 uşaq talassemiya, 300 uşaq isə hemofiliya xəstəliyi ilə doğulur”[/b]
03 noyabr 2014 16:15 (UTC +04:00)

Hadı Rəcəbli: [b]“Azərbaycanda hər il 200 uşaq talassemiya, 300 uşaq isə hemofiliya xəstəliyi ilə doğulur”[/b]

“Azərbaycanda hazırda təxminən 600 minə yaxın əlil varsa, onun 10 faizi uşaqlardır. Bu məsələnin kökündə savadsızlıq dayanır”.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

 

H.Rəcəbli ailə problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq, son 5 ildə parlamentdə Ailə Məcəlləsinin bir neçə maddəsinə əlavə və dəyişikliklər edilib: "Yalnız bir maddə daha çox diskussiyalara məruz qalıb ki, bu da nikaha girən cütlüyün mütləq tibbi müayinədən keçməsi məsələsidir. Azərbaycanda ildə təxminən 170 min uşaq dünyaya gəlir. Cütlüklər nikaha girərkən xəstəliklərini bilməyəndə, onların övladları da xəstə doğulur. Əgər cütlüklər xəstəlik daşıyıcısıdırsa, onlar nikaha girəndən sonra övlad da mütləq xəstə doğulacaq. Burda çətinlik yaradan məsələ qızın və oğlanın səhhəti barədə məlumatın yayılmamasıdır. Bu baxımdan beynəlxalq müqavilələrdə sağlamlıq haqqında qızın oğlana və ya oğlanın qıza məlumat verməsi qadağan olunub. Amma Türkiyə və digər ölkələrin qanunlarında da nikaha girən oğlan və qız öz sağlamlığı haqqında bir-birlərini məlumatlandırırlar”.

 

H.Rəcəbli doğuş zamanı ana və ya uşaq ölümləri barədə də danışıb, yeni doğulan uşaqların talassemiya və hemofiliya xəstəlikləri ilə doğulduğunu qeyd edib: “Burada Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin xüsusi sənədləri var. Azərbaycanda hər il 200 uşaq talassemiya, 300 uşaq isə hemofiliya xəstəliyi ilə doğulur. Bunun  fəsadları ağır olur, əlilliyə gətirib çıxarır. Bu gün elmi-texniki tərəqqi o qədər inkişaf edib ki, insan öz səhhətini müayinə etdirməklə, dünyaya sağlam övlad gətirə bilər”.

 
# 334
avatar

Oxşar yazılar

Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53