Gənclər arasında sağlam həyat tərzi təbliğ olunur
12 dekabr 2016 15:35 (UTC +04:00)

Gənclər arasında sağlam həyat tərzi təbliğ olunur

0

 

 

Dekabrın 10-da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

 

Lent.az-ın məlumatına görə, Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə şagirdlərə sağlam həyat tərzi və insan sağlamlığı üçün zərərli qidalar barədə geniş məlumat verilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, bu gün Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti sürətlə artmaqdadır. Fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Təəssüf ki, fast-food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə çevrilib.  Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir, çoxunda doymuş yağ vardır. Bu da insanda  ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. Fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Eyni zamanda kolbasa və sosis məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Aparılmış araşdırmalar göstərir ki, hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur.

 

Daha sonra şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar