Elektroşokdan istifadə edəcək polislərin siyahısı üç ay müddətində müəyyən ediləcək
13 noyabr 2014 19:51 (UTC +04:00)

Elektroşokdan istifadə edəcək polislərin siyahısı üç ay müddətində müəyyən ediləcək

Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunu təsdiq edilməsi ilə bağlı fərman imzalayıb. Lent.az-ın məlumatına görə, fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Polis haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflər üç ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim edilsin.

Dövlət başçısının imzaladığı fərmanda qeyd olunur ki, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısını üç ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla müəyyən ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar