Dövlət İmtahan Mərkəzində dekabrın 17-də TOEFL imtahanı keçiriləcək.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan dekabrın 17-də DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 08:00-da başlanacaq.
Bildirək ki, imtahanda iştirak edəcək şəxslər 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.
Linkdə təqdim edilən məlumatla tanış olaraq TOEFL® imtahanına qeydiyyatdan keçə bilərsiniz:http://tqdk.gov.az/exam/toefl/
Növbəti TOEFL® imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur.
|
14.01.2017 |
|
18.02.2017 |
|
04.03.2017 |
|
15.04.2017 |
|
13.05.2017 |
|
10.06.2017 |