Dövlət İmtahan Mərkəzi dekabrın 3-də növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanlarda 48 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bildirək ki, imtahan nəticələrinin dekabr ayının 22-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scoreslinkində tanış olmaq mümkün olacaq.