“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
APA-nın məlumatına görə, jurnalist Sevinc Qədirova yeni yaradılan şöbənin müdiri təyin edilib.
S. Qədirova APA-ya açıqlamasında məlumatı təsdiq edib.
Qeyd edək ki, buna qədər S. Qədirova “Azərbaycan Dəmir Yolları” QSC-də Mətbuat Katibliyinin böyük inspektoru vəzifəsində çalışıb.