Bu yollarda sürət həddi aşağı salındı – <span style="color:red;">Sürücülərin nəzərinə!
02 dekabr 2016 15:00 (UTC +04:00)

Bu yollarda sürət həddi aşağı salındı – Sürücülərin nəzərinə!

0

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. 

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi  iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı  zolaqda 80 km/saatdan 60 km/saata endirilib.

 

Eyni zamanda Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar