<b>Bu yolda hərəkət məhdudlaşacaq -</b> <span style="color:red;">Sürücülərin nəzərinə!
18 oktyabr 2017 11:33 (UTC +04:00)

Bu yolda hərəkət məhdudlaşacaq - Sürücülərin nəzərinə!

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində, "Ramstore" yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq. "Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

 

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar