BŞTİ-də könüllülərə arayış təqdim olunub
04 noyabr 2016 13:51 (UTC +04:00)

BŞTİ-də könüllülərə arayış təqdim olunub

Noyabrın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində ikinci könüllülük proqramında iştirak etmiş 25 gəncə arayışlar təqdim olunub.

 

BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanıblar.

İndiyədək  BŞTİ  tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında isə 25 nəfər iştirak edib. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi fəaliyyət göstərir.

Bildirək ki, hazırda davam edən üçüncü könüllülük proqramı üzrə 304 nəfər BŞTİ-yə müraciət edib. Hələlik onlardan 100 nəfərə yaxını müsahibəyə dəvət olunub. 20 nəfəri müsahibədən müsbət nəticə əldə edərək müvafiq sektorlarda fəaliyyətə başlayıb.

Könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar